Seçim

57 14 4
                                    

Həyat yarışmasında bizim qazanadığımız ən müsbət variant-seçim hüququmuzun olmasıdır..
Bəli, imanlı-imansız, inanclı-inancsız, varlı-kasıb, yaxşı-pis, düzgün-səhv, xoşbəxt-bədbəxt və s. kimi yaşam məsələlərini seçə bilərik.. Hansı ki, bunun fərqində belə deyil böyük bəşərin kiçik sakinləri..
Və hər zaman dediyim kimi nizamsızlığın yaradıcısı insanlardır.Hansı ki, bayraq edərək kiçik təxəyyüllərində formalaşdırdığı "göyün hansısa bir nöqtəsində əyləşmiş baba, dədə kimi personaja tanrı, ilah adı verir" və onun öz işini lazımınca dəyəeləndirmədiyini deyərək mövcud deyil məsələsini ortaya atırlar və bu hər nə qədər mənasız bir iş olsa belə.. Bu yaxınlarda yaşadığım yerin yaxınlığında bir faciə baş verdi. Və mən robot erasının yarı robot yarı canlısı olaraq sosial şəbəkələrdə insanların hadisəyə reaksiaları ilə tanış oldum:
Formalaşmaqda olan bu kiçik toplumun əsas səsləndirdiyi fikir isə "Tanrı olsa bunlara ixin verməzdi" idi. Hansı ki, dərinliyə endikcə əslində zahiri və ruhani görünüşün, cismani və ruhani dünyanın mövcudluğunun fərqinə varırsan. Hər nə qədər unutdurulsa belə. İnsanların sanki hər şeyi həll edib ə qalmış əsas məsələyə bildirdiyi fikirlərdən biri və ən aktualı isə "Tanrı varsa hər gün Afrikada 20000 insan niyə ölür".. Hər zaman üzərində durduğum məsələ isə "Seçim hüququnun"olmasıdır..
Halbuki Afrikanın qərbindəki kiçik qızıl mədənindəki qızılla bütün dünyanı 100 il ərzaq və qidayla təmin etmək olar. Əli və ayağı bağlı materikin demək olar ki, hər nöqtəsi təbii sərvətlərlə okeaniyayla əhatəlidir. Və qayıdaq Hindistana, əsrlərlə böyüklərin toqquşduğu torpağa. Hansı ki, sənə lazım olacaq hər şeyi tapmağın üçün bir açardır məhz bu torpaqlar. Halbuki əhalisi varlılar və kasıblar olmaqla ortatəbəqənin olmadığı və əksəriyyəti kasıblar təşkil edən bir dövlətdir. Gülməlidir elə deyilmi?
İnsan düşüncəsindəndoğan lənətlər və birdə seçim hüququnu unudan insanlar.
Və özlərini "hər şey üçün" sığortalayanlarda həmçinin. Hər ötən gün, dəqiqə və saniyə əzab və acıya doğru keçən bir andır. Hansı ki, insanlıq fərqində belə deyil uçurumun düz astanasında olduqlarının. Nə qədər xoşbəxtmiş kimi görünsələr belə..
Nə qədər heç nə olmayıbmış ki, nifrət edib nidalarla irəliləsələr belə!
Sonsuzluq qavramının kiçik bir hissəsində heç çevrilən insan oğlu sorğulamaq, seçim etmək yaşamaq və xoşbəxt olmaqdan hələ çox əvvəllər imtina edib..
İndi belə bir çağda yaşayırıq dostlar. hisslərin və duyğuların yad düşüncələrin əsirinə çevrildikdən sonra yaradılan süni xoşbəxtliyin yaratdığı axmaq insanların çağında. Dəhşət saçan məqamsa hər bir insanın hər keçən gün bu qapıya üz tutaraq keçmək üçün icazə kağızı istəməsidir.. Seçim hüququ olsa belə..

ApeyronWhere stories live. Discover now